Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə

Qərar № 134

Bakı şəhəri, 10 sentyabr 2009-cu il

«Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli, 106 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli, 239 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin qərara 1 nömrəli əlavə — «Azərbaycan Respublikası Dövlət orqanlarının fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə funksiyaları»nda «Azərbaycan Respublikası DİN» hissəsinin ikinci abzasından «, yanğınların» sözü çıxarılsın.

1.2. həmin qərarla təsdiq edilmiş «Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi haqqında Əsasnamə»nin 9-cu bəndinin altıncı abzasında «DİN hərbiləşmiş yanğından mühafizə idarəsinin yanğınsöndürmə» sözləri «FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə» sözləri ilə, 10-cu bəndində «Respublika DİN çevik yanğınsöndürmə hissələri və bölmələrinin» sözləri «Azərbaycan Respublikası FHN yanğından mühafizə qurumunun» sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 6, maddə 381; 2002-ci il, № 11, maddə 675; 2004-cü il, № 9, maddə 750, № 12, maddə 1077; 2006-cı il, № 9, maddə 822; 2007-ci il, № 2, maddə 185; 2008-ci il, № 5, maddələr 430, 432) ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»na aşağıdakı dəyişikliklər və əlavə edilsin:

2.1. 7.136-cı bəndin ikinci cümləsində «Dövlət yanğından mühafizə idarələrinin» sözləri «yanğından mühafizə və yanğın nəzarəti qurumlarının» sözləri ilə, üçüncü cümləsində «yanğınsöndürmə dəstəsini» sözləri «yanğından mühafizə qurumunu» sözləri ilə əvəz edilsin.

2.2. 8.66-cı bənddə «mühafizə» sözündən sonra «və yanğın nəzarəti» sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli, 220 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 871; 2007-ci il, № 12, maddə 1336; 2009-cu il, № 2, maddə 144; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 avqust tarixli, 122 nömrəli qərarı) ilə təsdiq edilmiş «Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları»nın 10.16-cı bəndinin dördüncü cümləsində «mühafizə» sözündən sonra «və yanğın nəzarəti qurumları» sözləri əlavə edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ