Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 yanvar 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 31 yanvar 2018-ci il tarixində Abşeron rayonu Digah Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında yerli özünüidarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirmişdir.

29 yanvar 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 26 yanvar 2018-ci il tarixində Gəncə şəhəri 31 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

27 yanvar 2018-ci il

22-26 yanvar 2018-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilmişdir. Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 17 komandanın 70-ə yaxın əməkdaş iştirak etmişdir.

26 yanvar 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə 25 yanvar 2018-ci il tarixində Nizami rayonunda yerləşən Bakı Texniki Kollecində növbəti maarifləndirmə tədbiri keçirmişdir...

26 yanvar 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 26 yanvar 2018-ci il tarixində Bakı Metropoliteninin "Avtovağzal" stansiyasında "Metropoliten stansiyalarında yanğınların söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirmişdir.

25 yanvar 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 25 yanvar 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yevlax rayon İrəvanlı qəsəbə tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

25 yanvar 2018-ci il

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 24 yanvar 2018-ci il tarixində Bakı şəhəri K.Kazımzadə küçəsi 118-560 ünvanında yerləşən “Qafqaz Point” otelində yanğın-taktiki təlim kecirmişdir.

24 yanvar 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 24 yanvar 2018-ci il tarixində Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

24 yanvar 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 24 yanvar  2018-ci il tarixində Qusar rayonunun Balaqusar kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd məktəb kollektivinə həyat fəaliyyətinin təhlükəsizliyinə dair...

24 yanvar 2018-ci il

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə işini Şirvan şəhərində yerləşən Dövlət İqtisadiyyat və Humanitar Kollecinin və Sürücülük Məktəbinin, həmçinin Ağdaş şəhərində yerləşən Dövlət Humanitar Kollecinin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər arasında aparmışdır. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr