Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

11 iyul 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında bakalavr və magistrantların Dövlət Attestasiya Komissiyasına yekun vurulmuşdur. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, iki ixtisas üzrə magistratura səviyyəsində təhsil fövqəladə halların...

11 iyul 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 10 iyul 2018-ci il tarixində İmişli Mərkəzi rayon xəstəxanasında “İmişli rayon yüksək hazırlıqlı ərazi mülki müdafiə qüvvələri ilə mülki müdafiə xəbardarlıq-toplanış” mövzusunda rəhbər heyəti üçün мəşq keçirmişdir.

09 iyul 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 5-dən 7-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdaş və Ağsu rayonlarında yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət...

06 iyul 2018-ci il

5 iyul 2018–ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gədəbəy rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirmişdir .

06 iyul 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə Bakı şəhərinin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən “Etalon” yaşayış kompleksindəki hündürmərtəbəli yaşayış binalarında şərti yanğın həyacanı verilmişdir.

06 iyul 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 6 iyul 2018-ci il tarixində maarifləndirmə tədbiri keçirmişdir.

06 iyul 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 6 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon Telekommunikasiya Qovşağında "Fövqəladə hallarla bağlı davranış qaydaları"  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

05 iyul 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən 5 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Astara rayonu Pensər kənd sahə xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

05 iyul 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 5 iyul tarixində 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

05 iyul 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğn Nəzarəti Xidməti 4 iyul 2018-ci il tarixində Səbail rayonu Badamdar Bələdiyyəsində bələdiyyə və mənzil istismar sahələrinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr