Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

28 fevral 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə 28 fevral 2018-ci il tarixində Kür çayının Mingəçevir şəhərindəki sahilində maarifləndirmə tədbiri keçirmişdir.

28 fevral 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 28 fevral 2018-ci il tarixində FHN-in yerli qurumlarının iştirakı ilə Quba İstək Liseyində “1 mart Ümumdünya Mülki Müdafiə Günü”dür mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

28 fevral 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi 28 fevral 2018-ci il tarixində Azərbaycan Tibb Universitetində 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirmişdir.

28 fevral 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 27 fevral 2018-ci il tarixində Abşeron rayon Statistika İdarəsində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir.

27 fevral 2018-ci il

27 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilmişdir. Tədbirdə Bakı Regional Mərkəzin nümayəndələri və Universitetin müəllim və tələbələri iştirak etmişdir.

27 fevral 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 27 fevral 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran şəhər 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

27 fevral 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 27 fevral 2018-ci il tarixində FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Ağdam rayonu Xındırıstan kəndində yerləşən 66 nömrəli məcburi köçkün tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

27 fevral 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 27 fevral 2018-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciəti əsasında Suraxanı Rayon Gənclər Evində Suraxanı rayon məktəblərinin şagirdləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

26 fevral 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin qurumlarında  Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilmişdir.

23 fevral 2018-ci il

22-23 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr