Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlarda və regional mərkəzlərdə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar anım mərasimləri keçirilmişdir.

30 mart 2018-ci il

29 mart 2018-ci il tarixində Kürdəmir rayonunda “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Fövqəladə Hallar Nazirliyinin yerli qurumları ilə Kürdəmir rayon İcra Hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda...

30 mart 2018-ci il

29 mart 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının Təlim Tədris Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə dəstəsinin beynəlxalq axtarış-xilasetmə tədbirlərində fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilmişdir. 

30 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 29 mart 2018-ci il tarixində Bakı Fransız Liseyi Təhsil Kompleksi rəhbərliyinin Nazirliyə müraciəti əsasında həmin təhsil müəssisəsində maarifləndirmə tədbiri keçirmışdir.

29 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 29 mart 2018-ci il tarixində Sabunçu rayonunun 80 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

29 mart 2018-ci il

Martın 29-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

29 mart 2018-ci il

27 mart 2018-ci il tarixində Şimal Regional  Mərkəzinin  şəxsi heyəti 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişdir.

29 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 28 mart 2018-ci il tarixində Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

28 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 28 mart 2018-ci il tarixində Siyəzən şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

28 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 28 mart 2018-ci il tarixində Neftçala rayon Astanlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr