Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

27 mart 2018-ci il

27 mart 2018-ci il tarixində Bərdə rayonunun Qaradağlı kəndində yerləşən Laçın rayon Qaradağlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

19 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı 18-19 mart 2018-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyində işləyən əməkdaşların azyaşlı uşaqları üçün Qafqaz Baku Sport City Hoteldə (Boks Arenası) Novruz bayramı şənlikləri təşkil etmişdir.

19 mart 2018-ci il

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “New Baku Hotel”inin rəhbərliyi tərəfindən edilmiş müraciətə əsasən həmin müəssisədə maairfləndirmə tədbiri keçirmişdir.

19 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə 16 mart 2018-ci il tarixində Qəbələ regional “ASAN xidmət” Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə “ASAN xidmət”  Mərkəzinin...

16 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 16 mart 2018-ci il tarixində Kürdəmir şəhər 4 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

16 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində 16 mart 2018-ci il tarixində “Mülki müdafiə qərargahlarının əhalinin mülki müdafiə sahəsində hazırlanmasında rolu” mövzusunda metodiki toplanış keçirilmişdir.

16 mart 2018-ci il

15 mart 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilmişdir. Təlim “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi” mövzusunda keçirilmişdir.

16 mart 2018-ci il

FHN-in Bakı Regional Mərkəzi 16 mart 2018-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciəti əsasında Qaradağ rayon Gənclər Evində şagirdlər üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

15 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 14 mart  2018-ci il tarixində Qaradağ rayonunda yerləşən 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında maarifləndirmə tədbiri keçirmişdir.

15 mart 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 15 mart 2018-ci il tarixində Xəzər rayonu 117 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr