Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

31 may 2017-ci il

FHN-in Şimal Regional Mərkəzi 31 may 2017-ci il tarixində Xaçmaz Tarix Diyarşunaslıq Muzeyində “FHN Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonların icra hakimiyyəti strukturları, bələdiyyə orqanları və fövqəladə hallar komissiyaları arasında fövqəladə hallar sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda müşavirə keçirmişdir.

31 may 2017-ci il

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında 31 may 2017-ci il tarixində VI “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilmiş və bununla da may ayının 10-dan etibarən start götürmüş zona birinciliklərinə yekun vurulmuşdur.

31 may 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 31 may 2017-ci il tarixində “Təsərrüfat obyektlərində yanğın təhlükəsizliyi” mövzusunda beynəlxalq elmi-praktik videoseminar keçirilmişdir. 

31 may 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 31 may 2017-ci il tarixində “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi” mövzusunda Salyan rayon İcra Hakimiyyətində rayon...

30 may 2017-ci il

30 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in yerli strukturlarının əməkdaşları ilə birlikdə Füzuli rayonu N. Alışov adına Qazaxlar kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

26 may 2017-ci il

26 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı, Şimal, Cənub, Qarabağ regional mərkəzlərində Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

26 may 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 may 2017-ci il tarixində Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birlikdə Qusar şəhər Gənclər Evində “Su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda rayon müşavirəsi keçirmişdir.

26 may 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə 25 may 2017-ci il tarixində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl bölməsində yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir.

25 may 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 25 may 2017-ci il tarixində Astara Rayon İcra Hakimiyyəti başçısının Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə “Təbii fəlakətlər zamanı əhalinin davranışı və onların hazırlanmasında ictimaiyyətin rolu”...

25 may 2017-ci il

25 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan şəhəri F. Hacıyev adına 2 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr