Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

06 dekabr 2012-ci il

6 dekabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşlarının Bərdə şəhər T.İsmayılov adına 1 saylı tam orta məktəbində keçirdiyi maarifləndirmə xarakterli tədbir “Fövqəladə hallar zamanı necə davranmalı?” mövzusuna həsr olunmuşdu.

05 dekabr 2012-ci il

5 dekabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilmişdir.

04 dekabr 2012-ci il

Əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təhlükəli hadisələrin qabaqcadan xəbərdar edilməsi və qarşısının alınması üzrə Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin əməkdaşları 4 dekabr 2012-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətində "Yanğın təhlükəsizliyi qaydalarına necə riayət etməli?" və “Fövqəladə hallarda özünü necə...

04 dekabr 2012-ci il

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi dekabrın 4-də Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətində “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda növbəti müşavirə keçirmişdir.

03 dekabr 2012-ci il

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzi növbəti nəzəri-praktiki maarifləndirmə tədbirini 3 dekabr 2012-ci il tarixində Qəbələ rayonu, Vəndam qəsəbə 1 saylı tam orta məktəbində keçirmişdir. Tədbirdə Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi və texniki işçilər iştirak etmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr