Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 iyul 2013-cü il

17 iyul 2013-cü il tarixində FHN-in Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Cəlilabad şəhər 3 və 4 saylı məktəbəqədər təhsil müəssisələrində “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir!” mövzusunda maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

16 iyul 2013-cü il

15 iyul 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzi tərəfindən Quzanlı kəndində Ağdam rayonu Subartezian Quyularının İstismarı İdarəsində “Yay mövsümündə baş verən texnogen mənşəli fövqəladə hadisələrdə insan faktorunun rolu” mövzusunda təbliğat xarakterli müşavirə keçirilmişdir.

15 iyul 2013-cü il

Fövqaladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 15 iyul 2013-cü il tarixində Quba Rayon İcra Hakimiyyəti başçısının I Nügədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində yay mövsümü ilə əlaqədar baş verə biləcək “Yanğın təhlükəsizliyi qaydalarına hamı əməl etməlidir” mövzusunda növbəti maarifləndirmə tədbiri...

15 iyul 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın əməkdaşlarının – həkimlərin , tibb bacılarının iştirakı ilə keçirilmişdir.

11 iyul 2013-cü il

FHN Şimal-qərb Regional Mərkəzi “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbirini Zaqatala rayon Gigiyena və Epidemiologiya mərkəzində keçirmişdir.

11 iyul 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xudat şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində yay mövsümü ilə əlaqədar maarifləndirmə tədbiri keçirmişdir.

10 iyul 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən 10 iyul 2013-cü il tarixində Abşeron rayonu V.Axundov adına Saray qəsəbə Xəstəxanasında “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

10 iyul 2013-cü il

10 iyul 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağcabədi rayonu, Taxta Körpü qəsəbə məktəbəqədər təhsil müəssisəsində “Azyaşlı uşaqları nəzarətsiz qoymaq çox təhlükəlidir“ mövzusunda maarifləndirmə tədbiri keçirmişlər.

05 iyul 2013-cü il

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi regionlarda yerləşən təhlükə potensiallı sənaye və dağ-mədən sahələri obyektlərində texniki təhlükəsizliyin vəziyyəti, yaranmış problemlər və onların həlli yolları ilə bağlı 5 iyul 2013-ci il tarixində Ağdam rayonu Quzanlı...

05 iyul 2013-cü il

5 iyul 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzində “Su hövzələrində insanların təhlükəsizliyi” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr