Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 aprel 2013-cü il

17 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Ağdam rayonu şəhid Ə.Əliyev adına Evoğlu kənd orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı?“ mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

17 aprel 2013-cü il

17 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində Tvininq layihəsi çərçivəsində Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və yardımçı xidmətlərin inkişaf etdirilməsi üzrə Dövlət Proqramı layihəsinin müzakirəsi keçirilmişdir.

15 aprel 2013-cü il

Aprelin 15-də Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Muğan Regional Mərkəzinin inzibati ərazisində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoymuşdur.

12 aprel 2013-cü il

12 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nin qüvvəyə minməsi ilə əlaqədar tədbir keçirilmişdir.

12 aprel 2013-cü il

12 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin əməkdaşları Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə hallar zamanı özünü necə aparmalı?” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

12 aprel 2013-cü il

12 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

12 aprel 2013-cü il

12 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə Azərbaycan Texniki Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda təlim kursu keçirmişdir.

12 aprel 2013-cü il

12 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Lənkəran şəhər Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fövqəladə Hallar Nazirliyinin yaradılmasında rolu” mövzusunda dəyirmi masa keçirmişdir.

11 aprel 2013-cü il

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi FHN Dövlət Sularda Xilasetmə Xidməti və Binəqədi Rayon İcra Hakimiyyyəti ilə birgə 11 aprel 2013-cü il tarixində Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirmişdir.

10 aprel 2013-cü il

10 aprel 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 14 nömrəli orta məktəbdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr