Tədbirlər

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

29 dekabr 2017-ci il

26-28  dekabr 2017-ci il  tarixlərində Bakı İdman Sarayında Cüdo üzrə Azərbaycan Çempionatı keçirilmişdir. Çempionatda kişilər və qadınlardan ibarət 55 komanda olmaqla 415 idmançı iştirak etmişdir. 60 kq çəki üzrə yarışan cüdoçular arasında Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq klubunu təmsil edən Sadıq...

29 dekabr 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 29 dekabr 2017-ci il tarixində  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

28 dekabr 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 2017-ci il dekabrın 27-də Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidməti ilə birgə nəzəri-praktiki seminar keçirmişdir. Tədbir müəssisə və təşkilatlara məxsus könüllü və idarədənkənar yanğından mühafizə bölmələri ilə qarşılıqlı əməkdaşlığı inkişaf...

28 dekabr 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 26 dekabr 2017-ci il tarixində Siyəzən şəhər 4 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

27 dekabr 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Yeni il şənlikləri keçirilən yerlərdə yanğın təhlükəsizliyinin təmin olunması barədə təbliğat xarakterli növbəti maarifləndirmə tədbirlərini 27 dekabr 2017-ci il tarixində Xəzər rayonunun Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6...

26 dekabr 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 26 dekabr 2017-ci il tarixində FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Beyləqan rayonu D.Əliyev adına adına İkinci Şahsevən kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

26 dekabr 2017-ci il

23-24 dekabr 2017-ci il tarixlərində Qol güləşi üzrə Ölkə Kuboku yarışı keçirilmişdir. 19 komanda və 200-ə yaxın idmançının iştirak etdiyi yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət baş leytenatı Rəşad Kəsəmənli də iştirak etmişdir.

25 dekabr 2017-ci il

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Bakı və Sumqayıt qarnizonunun yanğından mühafizə hissələri arasında “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilmişdir.

22 dekabr 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 22 dekabr 2017-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

21 dekabr 2017-ci il

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 21 dekabr 2017-ci il tarixində Gəncə şəhəri M.Qasımov adına 23 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr