Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

15 iyul 2011-ci il

Prezident İlham Əliyev Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayanı qəbul etmişdir.Tomaş Ayan Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən ağır atletikanın inkişafına yaradılan şəraiti yüksək qiymətləndirərək, göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

14 iyul 2011-ci il

Prezident İlham Əliyev "bp-Azərbaycan" şirkətinin rəhbəri Rəşid Cavanşiri qəbul etmişdir.bp ilə Azərbaycan arasında uzun illər davam edən uğurlu əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın qarşılıqlı etimad prinsipinə əsaslandığını vurğuladı.

14 iyul 2011-ci il

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə verdiyi tapşırıqların icrası ilə yerində tanışlıq çərçivəsində iyulun 14-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində olmuşdur.

07 iyul 2011-ci il

İyulun 5-də Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mühəndis-Komanda İnstitutunun kursant və müdavimlərinin təntənəli buraxılış mərasimi keçirilmişdir. İnstitutu müvəffəqiyyətlə bitirmələri münasibətilə diplom və döş nişanları təqdim olunmuş 279 məzun arasında Azərbaycan Respublikasından 39 nəfər olmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr