Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

30 sentyabr 2016-cı il

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 30 sentyabr 2016-cı il tarixində Azərbaycan - Fransız İnstitutunda  “Meşə yanğınlarının idarə olunması” mövzusunda keçirilmiş seminarın iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

29 sentyabr 2016-cı il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 sentyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu təxirə salınmışdır. Vətəndaşların qəbulunun yeni tarixi barədə əlavə məlumat veriləcəkdir.

29 sentyabr 2016-cı il

Xəbər verildiyi kimi, 28 sentyabr 2016-cı il tarixində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmışdır.

28 sentyabr 2016-cı il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 sentyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

27 sentyabr 2016-cı il

Xəbər verildiyi kimi, 26 sentyabr 2016-cı il tarixində “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilmiş, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı...

26 sentyabr 2016-cı il

26 sentyabr 2016-cı il tarixində “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilmişdir...

23 sentyabr 2016-cı il

Xəbər verdiyimiz kimi, 21-22 sentyabr 2016-cı il tarixlərində Rusiya Federasiyasının Həştərxan vilayətində Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə “Xəzər-2016” beynəlxalq kompleks təlim keçirilmişdir.

20 sentyabr 2016-cı il

Azərbaycan  Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkov sentyabrın 20-də ölkəmizə rəsmi səfərə gəlmişdir.

20 sentyabr 2016-cı il

21-22 sentyabr 2016-cı il tarixlərində Rusiya Federasiyasının Həştərxan vilayətində Xəzəryanı ölkələr – Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə məsul qurumlarının iştirakı ilə “Xəzər-2016” beynəlxalq kompleks təlim keçiriləcəkdir.

15 sentyabr 2016-cı il

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 sentyabr 2016-cı il tarixində “Bilik günü” münasibətilə tədbir keçirilmişdir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr