Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

24 sentyabr 2018-ci il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  28 sentyabr 2018-ci il tarixində Horadiz şəhərində, Muğam Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

17 sentyabr 2018-ci il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

14 sentyabr 2018-ci il

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir.

13 sentyabr 2018-ci il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

13 sentyabr 2018-ci il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və UNİCEF-in təşkilatçılığı ilə 13 sentyabr 2018-ci il tarixində “Fövqəladə hallara uşaq yönümlü hazırlıq və cavab tədbirləri sahəsində potensialın artırılması” mövzusunda konfrans keçirilmişdir.

05 sentyabr 2018-ci il

Sentyabrın 4-də fövqəladə hallar naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Respublikasında səfərdə olmuşdur. 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr