Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

16 oktyabr 2017-ci il saat 22:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

16 oktyabr 2017-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Bərdə rayonunun Soğanverdilər kəndində 3 ton ot bağlamasının 1,5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

16 oktyabr 2017-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Şabran rayonunda 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

16 oktyabr 2017-ci il saat 15:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

16 oktyabr 2017-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m2 olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanmışdır.

16 oktyabr 2017-ci il saat 13:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılmışdır.

16 oktyabr 2017-ci il saat 13:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə civə tərkibli termometr sınmış və civə ətrafa dağılmışdır.

16 oktyabr 2017-ci il saat 12:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 60 m2 olan mağazanın lambirdən ibarət tavanı, divar üzlüyü 4 m2 sahədə, geyim malları 2 m2 sahədə və kondisioner yanmışdır.

16 oktyabr 2017-ci il saat 09:20-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

16 oktyabr 2017-ci il saat 07:00-dək:

Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və həyətində olan “Qaz” markalı minik...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr