Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

13 avqust 2018-ci il saat 19:00-dək:

10.08.2018-ci il tarixində Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları avqustun 14-də davam etdiriləcək.

13 avqust 2018-ci il saat 18:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılmışdır.

13 avqust 2018-ci il saat 17:30-dək:

Bərdə rayonunun Məmmədli kəndində həyətyanı sahəyə yığılmış 18 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

13 avqust 2018-ci il saat 17:00-dək:

Tərtər rayonunun Cəmilli kəndində ümumi sahəsi 108 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 100 ton ot bağlamasının 40 tonu yanmışdır.

13 avqust 2018-ci il saat 15:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər kişi inzibati binanın 3-cü mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir.

13 avqust 2018-ci il saat 14:45-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır.

13 avqust 2018-ci il saat 14:30-dək:

Şəki şəhərinin Şəki kəndində ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 15 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

13 avqust 2018-ci il saat 12:45-dək:

Ağdaş rayonunun Şəmsabad kəndində ümumi sahəsi 100 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır.

13 avqust 2018-ci il saat 11:45-dək:

Sumqayıt şəhərində üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 6 m² olan server otağında 2 m² sahədə elektrik avadanlığı yanmışdır.

13 avqust 2018-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun 10.08.2018-ci il tarixində....

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr