Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

14 iyul 2018-ci il saat 16:00-dək:

Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 50 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılmış 2 ton ot bağlaması yanmışdır.

14 iyul 2018-ci il saat 14:45-dək:

13.07.2018-ci il tarixində Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatmışdır.

14 iyul 2018-ci il saat 13:45-dək:

Şəmkir rayonunda ümumi sahəsi 1200 m² olan hamamın girişində lambirdən ibarət divar üzlüyü 20 m² sahədə yanmışdır.

14 iyul 2018-ci il saat 12:30-dək:

Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 110 m² olan (tikintisi başa çatmamış) birmərtəbəli 4 otaqlı evin iki otağının, mətbəxinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə yanmışdır.

14 iyul 2018-ci il saat 10:45-dək:

Abşeron rayonunun Saray qəsəbəsində təmir sexinin içərisində “VAZ” markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

14 iyul 2018-ci il saat 08:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunun Qurbanzadə kəndində “Belarus” markalı traktor aşmışdır...

14 iyul 2018-ci il saat 08:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda "KİA" markalı minik avtomobilinin mühərrik hissəsi və qabaq təkəri yanmışdır. Avtomobilin qalan hissəsi...

13 iyul 2018-ci il saat 23:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər azyaşlının əli ətçəkən...

13 iyul 2018-ci il saat 22:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat daxil olmuşdur...

13 iyul 2018-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Novxanı, Mərdəkan...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr