Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

29 may 2018-ci il saat 21:15-dək:

Sabirabad rayonunda ümumi sahəsi 96 m2 olan (tikintisi başa çatmamış) birmərtəbəli 4 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı 60 m2 sahədə və ev əşyaları qismən yanmışdır.

29 may 2018-ci il saat 20:30-dək:

Qəbələ rayonunun Yenikənd kəndində ümumi sahəsi 128 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və çardağına yığılmış 9 ton ot bağlamasının 4,5 tonu yanmışdır.

29 may 2018-ci il saat 19:45-dək:

Sabirabad rayonunun Qaragüney kəndində ümumi sahəsi 390 m2 olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları (tavanı qamışdan ibarət) və ev əşyaları 310 m2 sahədə yanmışdır.

29 may 2018-ci il saat 14:00-dək:

Qəbələ rayonunun Zarağan kəndində ümumi sahəsi 156 m2 olan, birmərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı və çardağı 20 m2sahədə, həmçinin mətbəx mebeli 8 m2 sahədə yanmışdır.

29 may 2018-ci il saat 09:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1963-cü il təvəllüdlü Qalina Jitkova fərdi yaşayış evinin zirzəmisinə yıxılaraq xəsarət almışdır.

29 may 2018-ci il saat 06:45-dək:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin taxtadan ibarət dam örtüyü 100 m2 sahədə yanmış, yüksək temperaturdan dəhlizin, mətbəxin və sanitar qovşağının lambirdən ibarət tavanı 19 m2 sahədə ərimişdir...

29 may 2018-ci il saat 00:30-dək:

Şabran rayonu, Leyti kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır...

28 may 2018-ci il saat 21:45-dək:

Ucar rayonu, Bərgüşad kəndində həyətyanı sahəyə yığılmış 3 ton ot tayası yanmışdır...

28 may 2018-ci il saat 21:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

28 may 2018-ci il saat 19:45-dək:

Goranboy rayonunda ümumi sahəsi 150 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 m2 sahədə və damına yığılmış 3,7 ton ot bağlamasının 1,3 tonu yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr