Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

29 iyun 2018-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nabran və Şirvan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunmuşdur.

29 iyun 2018-ci il saat 20:15-dək,:

Sumqayıt şəhərində 50 ha sahədə quru ot və kol-kos yanmışdır.

29 iyun 2018-ci il saat 20:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu, Quşçu Ayrım kəndində "BMW" markalı minik avtomobilinin dərəyə düşməsi barədə məlumat daxil olmuşdur.

29 iyun 2018-ci il saat 18:30-dək;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olmuşdur.

29 iyun 2018-ci il saat 18:00-dək:

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanmışdır.

29 iyun 2018-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri tərəfindən söndürülmüşdür.

29 iyun 2018-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olmuşdur.

29 iyun 2018-ci il saat 08:00-dək:

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 768 m² olan birmərtəbəli inzibati binanın 1 otağında rəf və sənədlər yanmışdır. Bina yanğından...

29 iyun 2018-ci il saat 07:00-dək:

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 16 ədəd elektrik sayğacı, 8 ədəd qoruyucu açar və çıxış kabeli 5 p.m yanmışdır.

29 iyun 2018-ci il saat 03:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr