Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

17 iyul 2018-ci il saat 22:00-dək:

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas olunmuşdur.

17 iyul 2018-ci il saat 18:45-dək:

Sumqayıt şəhərində ümumi sahəsi 40 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanmışdır.

17 iyul 2018-ci il saat 18:00-dək:

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları başa çatmışdır. 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin cəsədləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və...

17 iyul 2018-ci il saat 17:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

17 iyul 2018-ci il saat 17:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 2 nəfərin batdığı ehtimal olunur.

17 iyul 2018-ci il saat 16:15-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirmişdir.

17 iyul 2018-ci il saat 15:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

17 iyul 2018-ci il saat 14:00-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır.

17 iyul 2018-ci il saat 10:45-dək:

Şəki şəhərinin Bideyiz kəndində ümumi sahəsi 105 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanmışdır.

17 iyul 2018-ci il saat 09:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr