Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

15 iyul 2011-ci il, saat 16:30:

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən həmin mənzilə damdan enərək eyvandan daxil olmuş və...

15 iyul 2011-ci il, saat 09:00-dək:

Göyçay rayonu, Qaraməryəm kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 3 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

14 iyul 2011-ci il, saat 16:30:

Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır.

14 iyul 2011-ci il, saat 09:00-dək:

Xəzər dənizinin Pirşağı sahillərində, dənizin nəzarət olunan hissəsində batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.

13 iyul 2011-ci il, saat 16:35:

Sabunçu rayonu, Pirşağı kəndində dənizin nəzarət olunan hissəsində batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

13 iyul 2011-ci il, saat 09:00-dək:

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan 3 otaqlı mənzilin mətbəxində lambirdən ibarət tavan 2 kv.m sahədə yanmışdır.

12 iyul 2011-ci il, saat 09:00-dək:

Göygöl rayonu, Yeni Qızılca kəndində vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 500 kq ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur.

11 iyul 2011-ci il, saat 09:00-dək:

Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) ümumi sahəsi 121 kv.m olan ikimərtəbəli fərdi evin 2-ci mərtəbəsində 1 otağın tavanının yanar konstruksiyaları 25 kv.m sahədə və içərisindəki ev əşyaları isə qismən yanmışdır.

10 iyul 2011-ci il, saat 09:00-dək:

Qəbələ rayonu, Solğuca kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır.

09 iyul 2011-ci il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda, bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr