Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

13 iyul 2013-cü il saat 20:00-dək:

Bakı şəhəri, Xəzər rayonunda (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

13 iyul 2013-cü il saat 16:15-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1998-ci il təvəllüdlü Qəhrəmanov Sabir Vüqar oğlu Goranboy rayonu, Sapıküt kəndi ərazisində yerləşən Sapıküt gölündə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralda nəzarətsiz ərazidə) batmışdır.

13 iyul 2013-cü il saat 15:20-dək:

Sumqayıt şəhəri (“Sumqayıt” sularda xilasetmə məntəqəsinin ərazisində) bir nəfər intihar məqsədilə özünü dənizə atmış və dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas olunmuşdur.

13 iyul 2013-cü il saat 09:15-dək:

Cəlilabad rayonu, Göytəpə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 119 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və içərisinə yığılmış 4 ton ot bağlamasının 3 tonu yanmışdır.

13 iyul 2013-cü il saat 07:50-dək:

Hacıqabul rayonu, Navahı kəndində  bələdiyyəyə məxsus ərazidə 30 ha sahədə quru ot yanmışdır...

13 iyul 2013-cü il saat 01:20-dək:

Xaçmaz şəhərində hər mərtbəsi 100 kv.m olan xalça muzeyinin alkopon materialdan ibarət divar üzlüyü 0,5 kv.m sahədə yanmışdır...

12 iyul 2013-cü il saat 21:10-dək:

Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur...

12 iyul 2013-cü il saat 19:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşmiş və dalğıc-xilasedicilər tərəfindən xilas olunmuşdur.

12 iyul 2013-cü il saat 15:30-dək:

Qax rayonu, Qorağan kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Avtomobilin sürücüsü və sərnişini xəsarət almış və yanğın bölmələri çatana kimi xəstəxanaya aparılmışdır. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq...

12 iyul 2013-cü il saat 14:45-dək:

Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 85 km məsafədə, nəzarət olunmayan ərazidə) batdığı ehtimal edilən 1974-cü il təvəllüdlü Yaşar Niman oğlu Bilalovun axtarışları başa çatmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr