Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

08 iyul 2014-cü il saat 16:45-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəki rayonu, Baş Layski kəndində (rayon mərkəzindən 15 km aralı) "VAZ" markalı iki minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.

08 iyul 2014-cü il saat 16:00-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan dəmir köşkün lambir üzlüyü 5 kv.m sahədə və icərsində olan 2 ədəd televizor yanmışdır.

08 iyul 2014-cü il saat 08:00-dək:

Zərdab rayonu, Körpükənd kəndində (rayon mərkəzindən 37 km aralı) 5 ha biçilmiş taxıl sahəsi yanmışdır.

08 iyul 2014-cü il saat 05:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. 

08 iyul 2014-cü il saat 00:30-dək:

Şamaxı rayonu, Əhmədli kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə və içərisində olan 5 ton ot bağlaması yanmışdır. 

07 iyul 2014-cü il saat 21:00-dək:

04 iyul 2014-cü il tarixində Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batmış 2001-ci il təvəllüdlü Elnur Seyfulla oğlu Zəkilinin axtarışları başa çatmışdır.

07 iyul 2014-cü il saat 20:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Pirşağı” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Pirşağı” sularda xilasetmə məntəqəsinin...

07 iyul 2014-cü il saat 19:30-dək:

Qəbələ rayonu, Savalan kəndində dağlıq ərazidə yanğın hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, o cümlədən Aviasiya Dəstəsinin 2 ədəd helikopteri cəlb edilmişdir.

07 iyul 2014-cü il saat 18:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (nəzarət olunmayan ərazidə) batmış 1 nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin “Bilgəh” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

07 iyul 2014-cü il saat 17:00-dək:

İmişli rayonu, Buludlu kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları və ətrafında 30 kv.m sahədə kol-kos yanmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr