Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

11 iyul 2015-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Nərimankənd kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının qamışdan ibarət tavanı 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat...

10 iyul 2015-ci il saat 20:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda 3 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.

10 iyul 2015-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.

10 iyul 2015-ci il saat 18:45-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus sexin ərazisində ümumi sahəsi 24 kv.m olan dəmir köşkün taxta üzlüyü yanmışdır. Yaxınlıqdakı sex yanğından mühafizə olunmuşdur.

10 iyul 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.

10 iyul 2015-ci il saat 17:15-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonu Haramı düzü (rayon mərkəzindən 23 km aralı) ərazisində 20 ha biçilmiş taxıl sahəsi yanmışdır. 

10 iyul 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.

10 iyul 2015-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir.

10 iyul 2015-ci il saat 15:50-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Bığır kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşlara məxsus ərazidə 10 ha nar bağı yanmışdır.

10 iyul 2015-ci il saat 15:15-dək, ilkin məlumata əsasən:

Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi (rayon mərkəzindən 25 km aralı) ərazisində 20 ha biçilmiş taxıl sahəsi və 10 ha kol-kos yanmışdır. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunmuşdur.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr