Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

01 sentyabr 2015-ci il saat 14:15-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonunda Salmanbəyli kəndində 35/10 kVt olan yarımstansiyada 1 ədəd gücü 4 kVt olan transformatorun yağı, sarğıları və ətrafına dağılmış yağ qalıqları 10 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı 2 ədəd transformatorlar yanğından mühafizə olunmuşdur...

01 sentyabr 2015-ci il saat 12:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır...

01 sentyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində 1 nəfər batmışdır.

01 sentyabr 2015-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Digahoba kəndində vətəndaşa məxsus həyəyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunmuşdur...

01 sentyabr 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Topalhəsənli kəndində (rayon mərkəzindən 15 km aralı) kənd bələdiyyəsinə məxsus 7 ha sahədə quru ot və kol-kos yanmışdır. Ərazidəki ferma   yanğından mühafizə olunmuşdur...

01 sentyabr 2015-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr