Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

18 iyun 2016-cı il saat 18:45-dək, ilkin məlumata əsasən

Göyçay rayonu, Yekəxana kəndində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış 5 ton ot bağlaması və yaxınlıqda dayanmış “Qaz” markalı minik avtomobili yanmışdır...

18 iyun 2016-cı il saat 18:15-dək, ilkin məlumata əsasən

Cəlilabad rayonu, Suluçeşmə kəndində vətəndaşa məxsus kombaynın mühərrik hissəsi və kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə biçilməmiş taxıl sahəsi, 10 ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır...

18 iyun 2016-cı il saat 17:00-dək, ilkin məlumata əsasən

Goranboy rayonu, Xanqərvənd kəndindində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 22 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanmışdır...

18 iyun 2016-cı il saat 16:15-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur...

18 iyun 2016-cı il saat 16:00-dək, ilkin məlumata əsasən

Hacıqabul rayonu, Bakı-Qazax yolunda kənd bələdiyyəsinə məxsus ərazidə 40 ha sahədə quru ot və kol-kos yanmışdır...

18 iyun 2016-cı il saat 14:30-dək, ilkin məlumata əsasən

Cəlilabad rayonu, Hacıməmmədli kəndində vətəndaşa məxsus həyətyanı sahədə 7 ton ot bağlamasından 1.5 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur...

18 iyun 2016-cı il saat 12:00-dək, ilkin məlumata əsasən

Abşeron rayonu, Bakı-Sumqayıt yolunda 2000 kv.m sahədə quru ot və kol-kos yanmışdır...

18 iyun 2016-cı il saat 09:00-dək, ilkin məlumata əsasən

18 iyun 2016-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonunda dənizdə batmış 1959-cü il təvəllüdlü, Əliyev İntiqam Həbib oğlunun cəsədi (batdığı yerdən 1000 metr aralıda) Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir...

18 iyun 2016-cı il saat 07:00-dək, ilkin məlumata əsasən

Hacıqabul rayonu, Navahı kəndində vətəndaşa məxsus ərazidə 1 ha biçilməmiş taxıl sahəsi və yaxınlıqda 500 kv.m sahədə kol-kos yanmışdır. Biçilməmiş taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

18 iyun 2016-cı il saat 06:00-dək, ilkin məlumata əsasən

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlamışlar. Əlavə məlumat veriləcək.​

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr