Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

09 iyul 2016-cı il saat 21:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohur göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən batması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə...

09 iyul 2016-cı il saat 18:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat...

09 iyul 2016-cı il saat 18:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində Nohur gölündə 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışlarına başlanılmışdır. Əlavə məlumat veriləcək.

09 iyul 2016-cı il saat 16:45-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 50 ha biçilmiş taxıl sahəsi yanmışdır. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür...

09 iyul 2016-cı il saat 08:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur...

09 iyul 2016-cı il saat 07:30-dək, ilkin məlumata əsasən:

Kürdəmir rayonu, Pirili kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanmışdır...

09 iyul 2016-cı il saat 03:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli bir dam altında yerləşən iki vətəndaşa məxsus müxtəlif təyinatlı obyektlərin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanmışdır...

09 iyul 2016-cı il saat 01:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

09 iyul 2016-cı il saat 00:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

08 iyul 2016-cı il saat 23:30-dək, ilkin məlumata əsasən:

Saatlı rayonu, Qraqlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,5 ton ot bağlamasının 500 kiloqramı yanmışdır...

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr