Gündəlik xronika

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

07 dekabr 2019-ci il saat 00:30-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qəbələ rayonunun Savalan kəndində “Seat” və “VAZ” markalı iki minik avtomobili toqquşub. 

06 dekabr 2019-cu il saat 22:15-dək, ilkin məlumata əsasən:

Füzuli rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 80 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 35 m² sahədə yanıb.

06 dekabr 2019-cu il saat 21:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

06 dekabr 2019-cu il saat 20:30-dək:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonu ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

06 dekabr 2019-cu il saat 20:15-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 67 m² olan 4 otaqlı mənzilin 2 otağında 2 ədəd yataq dəsti, digər otağında 1 ədəd xalça və 2 m² sahədə döşəmə yanıb.

06 dekabr 2019-cu il saat 15:30-dək, ilkin məlumata əsasən:

Saatlı rayonunun Kamallı kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli evin tavanının və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

06 dekabr 2019-ci il saat 15:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

06 dekabr 2019-cu il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub...

06 dekabr 2019-cu il saat 08:00-dək:

Bərdə rayonunun Qarayusifli kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli 3 otaqlı evin dəhlizinin və mətbəxinin yanar konstruksiyaları 22 m² sahədə...

06 dekabr 2019-cu il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb... 

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr