Ümumi məlumat

Sumqayıt Regional Mərkəzi – fövqəladə hallar nazirinin 18 aprel 2008-cil tarixli 037 saylı əmri ilə yaradılmışdır.

Sumqayıt Regional Mərkəzi haqqında Əsasnamə - fövqəladə hallar nazirinin  07 oktyabr 2009-cu il tarixli 075 saylı əmri ilə təsdiq edilmişdir.

Əhatə etdiyi ərazi barədə qısa məlumat:

Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhərini, Xızı və Abşeron rayonlarını əhatə edir. Sumqayıt şəhərində, Abşeron rayonunun şimal-qərbində, Xəzər dənizinin sahilində yerləşir.

  • ərazisi – 3719 kv.km
  • əhalisi – 615,83 min nəfər

Sumqayıt  Regional Mərkəzinin əhatə etdiyi ərazi seysmoaktiv zonada yerləşir, sürüşmə və subasma sahələri mövcuddur.

Respublikanın digər ərazilərinə  xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Sumqayıt Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.

Əlaqələr:

Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 9

Telefonlar: (994 12) 512 10 61, (994 12) 512 10 10, (994 12) 512 10 11

Faks: (994 12) 512 10 20, (994 18) 655 96 10

Email: sumqayitrm@fhn.gov.az