
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Məlumatlar
Gündəlik xronika
Hamısına bax
12 oktyabr 2026-cı il saat 09:00-dək
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər uşaq xilas edilib.

12 oktyabr 2026-cı il saat 03:00-dək
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin barmağında üzüyün sıxışıb qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həkim briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üzüyün müvafiq qaydada çıxarılması təmin edilib.

11 oktyabr 2026-cı il saat 09:00-dək
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciət əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 1 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfərə müvafiq köməklik göstərilib.

10 oktyabr 2026-cı il saat 09:00-dək
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfər uşaq xilas edilib, 1-i uşaq olmaqla 3 nəfərə müvafiq köməklik göstərilib.

09 oktyabr 2026-cı il saat 09:00-dək
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu və Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətini, Bakı Regional Mərkəzi və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib. Həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 3 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Tədbirlər
Hamısına baxMultimedia
Hamısına baxSubscribe
Join out newsletter to stay up to date features and releases

























