Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN Akademiyasında tədrisin keyfiyyətinin daim yüksəldilməsinə xüsusi əhəmiyyət verilir

Fövqəladə Hallar Nazirliyi tərəfindən FHN-in Akademiyasında tədris prosesinin təşkilinə konseptual əsaslarla yanaşılır, ən müasir texnologiya və yanaşmalar tətbiq edilir, kursantların zəruri bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif təşəbbüslər həyata keçirilir.

Bu çərçivədə, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü ilə Akademiyada tədrisin keyfiyyətinin daha da yüksəldilməsi və kursantların bilik səviyyəsinin təkmilləşdirilməsi məqsədilə Nazirliyin baş idarə və qurum rəisləri tərəfindən dərs ilinin sonunadək  mühazirələr keçiriləcək. 2-ci və 3-cü kurs kursantları üçün təşkil olunan mühazirələrdə müvafiq sahələr üzrə həyata keçirilən fəaliyyət və qarşıda duran vəzifələr, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, mövcud problemlər və onların aradan qaldırılması üçün atılan addımlar barədə geniş məlumatlar verilməsi nəzərdə tutulur.

İnteraktiv formatda keçirilən mühazirələrdə kursantları maraqlandıran suallar cavablandırılacaq, müzakirələr aparılacaqdır.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu