Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Məşqin keçirilməsində əsas məqsəd mülki müdafiə planının reallığının yoxlanılması, rəhbər, komandir-rəis heyətinə fövqəladə hallar zamanı fəaliyyət üzrə vərdişlərin aşılanması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili üsullarının, hesabat xarakterli sənədlərin tərtib edilməsi üzrə biliklərin təkmilləşdirilməsindən ibarət olub.

Məşqə FHN-in Aran Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Kürdəmir Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, təcili tibbi yardım briqadası “Şamaxı Dairy Farm” MMC-nin kollektivi cəlb olunub.

İki mərhələdə keçirilən məşqin ilk mərhələsi xəbərdarlıq və toplanış siqnalı ilə başlanıb, məşqə cəlb olunmuş rəhbər heyət rabitə və xəbərdarlıq sxeminə uyğun olaraq toplanıb və müəssisənin rəhbər heyətinə məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar çatdırılıb, obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib.

Məşqin ikinci mərhələsində baş vermiş şərti fövqəladə hadisə barədə kəşfiyyat məlumatlarına əsasən, əraziyə mülki müdafiə qüvvələri yeridilib, şərti xəsarət alanlar təhlükəli ərazidən çıxarılaraq ilk yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasına təhvil verilib.

Daha sonra baş vermiş şərti yanğının söndürülməsi məqsədilə əraziyə yanğından mühafizə qüvvələri cəlb olunub, şərti yanğın qısa müddətdə söndürülüb.

Uğirla keçən məşqdən sonra nəticələrin təhlili aparılıb, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu