Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

Bu çərçivədə, Xidmət tərəfindən Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya Mərkəzində, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə, Bakı Şəhər Prokurorluğunda, Auditorlar Palatasında, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində, Balakən Rayon İcra Hakimiyyətində və Göyçay Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Həmçinin, tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, faydalı tövsiyələr verilib, suallar cavablandırılıb.

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu