Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regional müşavirə keçirilib

Aprelin 26-da Şəki şəhərində “Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə” regional müşavirə keçirilib.

Müşavirədə Fövqəladə Hallar Nazirliyinin baş yanğın tənlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Qəbələ, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Göyçay və Ağdaş rayonları üzrə yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları, idarə və müəssisələrin, bələdiyyələrin məsul şəxsləri və fermerlər iştirak edib.

Müşavirənin keçirilməsində məqsəd qarşıdan gələn yay fəsli ilə əlaqədar meşə və meşəətrafı ərazilərdə, əkin sahələrində mümkün yanğınların qarşısının alınması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Müşavirədə bölgədə meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti, xüsusilə qarşıdan gələn yay fəslində mümkün yanğınların qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə geniş məlumat verilib. Həmçinin, ərazilərdə aparılan monitorinqlər zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş çatışmazlıqlar və onların aradan qaldırılması yolları barədə danışılıb. Milli sərvətimiz olan meşələrin qorunması üçün hər kəsin təhlükəsizlik qaydalarına riayət etməsinin, o cümlədən müvafiq vəzifəli şəxslərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, meşə və meşəətrafı ərazilərdə yanğın hallarının baş verməməsi üçün yaxınlıqda yaşayan kənd sakinlərinin, sahibkarların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri mühüm əhəmiyyət kəsb edir.

O da vurğulanıb ki, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin rayonların ərazisində açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməməsi, texnikaların hərəkət hissələrinin və detallarının dağılması və biçilmiş sahələrin yandırılması ciddi fəsadlara səbəb olur.

Müşavirədə yaranan suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Digər Məlumatlar

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros
Elmi-texniki Jurnalı

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu