COVID-19

Koronaviruslar ciddi patologiyalara, çeşidli xəstəliklərə səbəb olan böyük bir virus fəsiləsidir. Bu virus zoonoz infeksiya kimi heyvanlardan yoluxaraq insanlarda xəstəlik törədə bilir. Hazırda insanlara yoluxmayan, yalnız heyvanlarda rast gəlinən bir çox koronavirus tipi də mövcuddur.

Yeni növ koronavirus “2019 Novel Coronavirus COVID-19” olaraq təsdiqlənmiş bu virusdan qorunmaq üçün aşağıdakıları bilməlisiniz!

Yoluxma riski yüksək olan şəxslər:

  • ahıl yaşda olan insanlar;
  • xroniki xəstəlikləri olan insanlar (diabet xəstəliyi, ürək, ağciyər, böyrək xəstəlikləri və s.).

Yoluxmanın (2-14 gün ərzində) əlamətləri:

  • hərarətin yüksəlməsi;
  • boğazda qıcıqlanma və ağrı;
  • quru öskürək;
  • əzələlərdə ağrı və halsızlıq;
  • təngnəfəslik;

Ağır xəbərdaredici əlamətlər: 

  • sinədə daimi ağrı və təzyiq hissi;
  • çətinləşmiş tənəffüs;
  • təşviş və halsızlıq;
  • üz və ya dodaqların göyərməsi.

Əgər sizdə bu əlamətlər varsa, dərhal təcili tibbi yardıma (103 və ya 113) müraciət edin.

Xəstəlikdən qorunmaq üçün aşağıdakılara cidi şəkildə riayət edin:

  • evdə qalın (tibbi yardım almaq və digər zəruri hallar istisna olmaqla);
  • evdən çıxmaq məcburiyyətindəsinizsə, tibbi maska və əlcəkdən istifadə edin;
  • əllərinizi tez-tez, ən azı, 20 saniyə ərzində sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin;
  • əllərinizi üzünüzə, burnunuza, gözlərinizə toxundurmaqdan çəkinin;
  • evə kənardan gələn əşyaları spirt tərkibli məhlulla mümkün qədər dezinfeksiya edin;
  • xəstə insanlarla yaxın təmasdan çəkinin;
  • şəxsi məişət əşyalarınızı paylaşmayın; 
  • stəkan, qab, dəsmal və s. əşyalardan ümumi istifadə etməyin;
  • tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin (masalar, qapı və dolabların tutacaqları, sanitar qovşaq, mobil telefonlar və s.);
  • olduğunuz qapalı məkanları tez-tez havalandırın.

Karantin şəraitində xəstəliyə yoluxma qorxusu, narahatlıq va ya digər psixoloji gərginlik yaşayırsınızsa, Fövqəladə Hallar Nazirliyinin “112”  qayna xətti ilə əlaqə saxlayaraq Nazirliyin peşəkar psixoloqlarından yardım ala bilərsiniz.