Geri

Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir

2017-ci ilin çimərlik mövsümü ərzində (15 iyun - 15 sentyabr) vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 20-40 yaşlarında, fiziki cəhətdən sağlam, idman bədən quruluşlu, üzgüçülük bacarıqları olan tam orta təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

  • şəxsiyyət vəsiqəsi;
  • əmək kitabçası (olanlar üçün);
  • tam orta təhsil haqqında sənəd;
  • sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);
  • 3x4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.

Müsabiqədə Bakı, Sumqayıt, Şirvan, Mingəçevir şəhərləri və Abşeron, Xaçmaz, Siyəzən, Yevlax, Sabirabad, Salyan, Lənkəran rayonlarında qeydiyyatda olan vətəndaşlar iştirak edə bilər.

Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqdır.

Sənədlər 2017-ci il iyun ayının 7-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.

Əlaqə telefonları: (012) 512-43-14, (012) 512-43-15, (012) 512-43-61.

 

Digər məlumatlar

FHN “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2017-ci il dekabrın 7-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. ...

Ardını oxu

Fövqəladə hallar nazirinin müavini Faiq Tağı-zadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü seçilmişdir

Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim etmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində vətəndaşları qəbul etmişdir

24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu