Ümumi məlumat

Şimal-qərb Regional Mərkəzi - fövqəladə  hallar nazirinin 17 aprel 2008 - cı il tarixli 036 nömrəli əmri ilə yaradılmışdır.

Şimal-qərb Regional Mərkəzi haqqında Əsasnamə - fövqəladə hallar nazirinin 07 oktyabr 2009 - cu il tarixli 075 saylı əmri ilə təsdiq edilmişdir.

Əhatə etdiyi ərazi barədə qısa məlumat

Şimal-qərb Regional Mərkəzi  özündə 10 inzibati rayonu birləşdirir və böyük qafqaz sıra dağlarının cənubunda  yerləşir:

  • ərazisi - 14 844kv. km
  • əhalisi – 835 732  nəfərə yaxındır

Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi ərazi seysmoaktiv zonada yerləşir, sürüşmə və subasma sahələri mövcuddur.

Respublikanın digər ərazilərinə  xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Şimal-qərb Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.

Əlaqələr:
Ünvan: AZ 3600, Qəbələ şəhəri, Elçin Kərimov küçəsi 46.
Telefonlar: (994 24) 205-43-10,  (994 12) 512-16-61
Faks: (994 12) 512-16-02, (994 12) 512-16-11
Email: qrm@fhn.gov.az