Ümumi məlumat

Cənub Regional Mərkəzi - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 16 dekabr 2008–ci il tarixində yaradılmışdır. 

Cənub Regional Mərkəzi haqqında Əsasnamə - fövqəladə hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 nömrəli əmri ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi haqqında Əsasnamə” təsdiq edilmişdir.

Əhatə etdiyi ərazi barədə qısa məlumat:
Mərkəz Lənkəran şəhərinin, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının ərazisini əhatə edir.

  • Ərazisi – 6,07 min km2
  • Əhalinin sayı – 832,2 min nəfər

Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazi seysmoaktiv zonada yerləşir, sürüşmə və subasma sahələri mövcuddur.

Respublikanın digər ərazilərinə  xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Cənub Regional mərkəzinin əhatə etdiyi ərazi üçün də xarakterikdir.

Əlaqələr:

Ünvanı: AZ 4200, Lənkəran-Astara şossesi, Digah kəndi 
Tel/faks: (02525) 4-04-38
Tel: (012) 512-38-18
E-mail: cenub.regional@fhn.gov.az