Ümumi məlumat

Gəncə Regional Mərkəzi - Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-ci il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Strukturu" əsasında yaradılmışdır.

Gəncə Regional Mərkəzi haqqında Əsasnamə - fövqəladə hallar nazirinin 07 oktyabr 2009-cu il tarixli 075 nömrəli əmri ilə təsdiq edilmişdir.

Əhatə etdiyi ərazi barədə qısa məlumat

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzi özündə 1 şəhər və 8 rayonu birləşdirir.

ərazisi - 10731,6 kv. km 
əhalisi - 1087726 nəfər

Respublikanın digər ərazilərinə  xas olan partlayış-yanğın, bina və qurğularda baş verən dağıntılar, nəqliyyat və s. qəzalar Şimal-qərb Regionu üçün də xarakterikdir.