ENG     11 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

"NÜVƏ VƏ RADİASİYA TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIĞIN ROLU" MÖVZUSUNDA TƏQDİMAT

Dekabrın 7-də   Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) tərəfindən "Nüvə və Radiasiya Təhlükəsizliyinin təmin edilməsində beynəlxalq əməkdaşlığın rolu" mövzusunda  tədbir keçirilmişdir.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsində  reallaşan tədbirdə Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad Hüseynov,  Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, polkovnik Ərgüc Kələntərli, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov,  nazirliyin strukturuna daxil olan qurumların  əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə NRFTDA-nın rəis vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov açmış, müstəqil  Azərbaycanın  inamlı addımlarla inkişafında beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti barəsində  fikirlərini bildirmişdir. Vüqar Hüseynov qeyd etmişdir ki, Çernobıl və Fukusima  Atom Elektrik stansiyalarında baş vermiş nüvə qəzaları, nüvə terrorçuluğunun və nüvə silahının yayılması təhlükəsi, bununla əlaqədar nüvə materiallarının və texnologiyalarının qaçaqmalçılığının artması göstərir ki, xüsusilə nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsində beynəlxalq əməkdaşlıq böyük rol oynayır və daha da genişlənməlidir.

Daha sonra Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin böyük məsləhətçisi Seymurə Əliyeva  "Nüvə və Radiasiya Təhlükəsizliyinin təmin edilməsində beynəlxalq əməkdaşlığın rolu" mövzusunda hazırlanmış təqdimatla çıxış etmişdir.

Təqdimatda aşağıdakı mövzular işıqlandırılmışdır:

- Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin  (NRFTDA) yaradılması və əsas funksiyaları

- Nüvə və Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq sazişlər

- Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Beynəlxalq Əməkdaşlığı

- Avropa İttifaqı ilə birgə "Azərbaycan Respublikasında Radiasiya Təhlükəsizliyi İnfrastrukturunun gücləndirilməsi və Dəstəkləyici Xidmətlərin İnkişaf etdirilməsi" adlı Tvininq layihəsi

- Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr:

- Milli  Radioloji Qəza Planının Hazırlanması;

- Abşeron yarımadasında radioekoloji monitorinqin aparılması və radionuklidlərin utilizasiya proqramı;

- Ölkəmizin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Beynəlxalq Hadisə və Qəza Mərkəzinə qoşulması.

- Amerika Birləşmiş Ştatları Enerji Departamenti  ilə əməkdaşlıq.

Təqdimatdan sonra nümayəndələri maraqlandıran suallar cavablandırılmışdır. Nüvə və radiasiya təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq sazişlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi fəaliyyət tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il