ENG     11 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə bölmələri Gürcüstanda keçirilən "Təhlükəsiz Qafqaz-2014" Beynəlxalq təlimində iştirak etmişdir

Sentyabrın 5-də  Gürcüstanın Kvemo-Kartli vilayətində yerləşən Yaqluca poliqonunda "Təhlükəsiz Qafqaz 2014" Gürcüstan-bp-Azərbaycan birgə təlimi keçirilmişdir.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı Azərbaycan və Gürcüstanın xilasetmə qurumlarının birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, eləcə də Gürcüstan hökuməti ilə bp şirkəti arasında quruda və suda neft dağılmalarının ləğvi sahəsində birgə fəaliyyətin inkişaf etdirilməsindən ibarət olmuşdur.

Birgə təlimdə Gürcüstanın Daxili İşlər, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirliklərinin, "Enerji İnvest" ASC-nin, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və bp şirkətinin nümayəndələri iştirak etmişdir.

Təlimə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarələri, Beynəlxalq Əlaqələr İdarəsi, Mülki müdafiə qoşunları, Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətləri cəlb edilmişlər. Təlimdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 104 nəfər şəxsi heyəti iştirak etmiş, senariyə uyğun olaraq qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində 15 ədəd avtomobil texnikası, 2 ədəd helikopter və 3 xidməti itdən istifadə olunmuşdur.

 Əvvəlcə Yaqluca poliqonunun sıra meydanında təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimi Gürcüstanın və Azərbaycan Respublikasının Dövlət Himnlərinin səslənməsi ilə başlanmış, Gürcüstan daxili işlər nazirinin müavini, general-mayor Vaxtanq Qomelauri və Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin çıxışları ilə davam etmişdir. Natiqlər öz çıxışlarında təlimin keçirilməsinin fövqəladə hallar zamanı qarşılıqlı yardımın təşkili sahəsində əməkdaşlığın inkişaf etdirilməsində mühüm əhəmiyətini vurğulamaqla, bu sahədə tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd etmişlər.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin  və  Gürcüstanın xilasetmə bölmələri birgə fəaliyyətdə təlimin senarisinə uyğun olaraq, Gürcüstan ərazisində baş vermiş 6.5 maqnitudada zəlzələ nəticəsində neft terminalında baş vermiş yanğının söndürülməsi, inzibati və yaşayış binalarının dağıntıları altında qalmış insanların xilas olunması, kimyəvi təhlükəli sənaye müəssisəsində baş vermiş texnogen qəzanın və avtomobil qəzasının nəticələrinin aradan qaldırılması sahəsində tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişlər. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il