ENG     20 Avqust 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
11 Avqust 2017-ci il
N 25 (540)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

İsrail Dövlətinin diplomatik nümayəndəliyi FHN əməkdaşlarının Hayfa və Qüds şəhərləri ətrafında meşə yanğınlarının söndürülməsində yüksək peşəkarlığını qeyd etmişdir

Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyində İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüş keçirilmişdir.

Görüşdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlərdən danışmış, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə İsrail Dövlətinin uyğun qurumları arasında yüksələn xətlə inkişaf edən əməkdaşlığın, qarşılıqlı səfərlərin əhəmiyyətindən ətraflı bəhs etmişdir

FHN-in əməkdaşlarının İsrail Dövləti Hökumətinin müraciəti əsasında və Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin tapşırığına uyğun olaraq İsrailin Hayfa və Qüds şəhərləri ətrafında meşə yanğınlarının söndürülməsi əməliyyatlarında göstərdiyi peşəkarlığı yüksək qiymətləndirən səfir Dan Stav demişdir ki, İsrail tərəfi Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdən sonra xatirə şəkli çəkilmişdir.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il