ENG     12 Dekabr 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2017-ci il
N 40 (555)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Azərbaycan Respublikası və Belarus Respublikasında yeni smeta-normativ və qiymətqoyma sistemi (bazası) üzrə təcrübə mübadiləsi barədə müzakirələr aparılmışdır

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında yeni smeta-normativ və qiymətqoyma sistemi (bazası) üzrə təcrübə mübadiləsinin aparılması məqsədilə Belarus Respublikası Arxitektura və Tikinti Nazirliyinin İqtisadiyyat və xarici iqtisadi fəaliyyət Baş idarəsinin rəisi və həmin nazirliyin nəzdindəki Tikintidə qiymətqoyma üzrə Respublika Elmi-texniki Mərkəzinin mütəxəssisləri dekabr ayının 6-dan 9-na qədər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində olmuşlar.

Agentliyin rəisi Cəbrayıl Xanlarov Belarus Respublikasının nümayəndə heyəti ilə görüşmüşdür. Sonra keçirilən birgə seminarda Belarus Respublikasında smeta-normativ bazasının vəziyyəti barədə Belarus Respublikası Arxitektura və Tikinti Nazirliyinin nəzdindəki Tikintidə qiymətqoyma üzrə Respublika Elmi-texniki Mərkəzinin direktoru, MDB ölkələrinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının tikinti fəaliyyətində qiymətqoyma Komissiyasının sədri Qennadiy Purs və Azərbaycan Respublikasının tikinti fəaliyyətində yeni smeta-normativ və qiymətqoyma sisteminin tətbiqi vəziyyəti barədə Agentliyin Elm, texnika və smeta normaları şöbəsinin müdir müavini Qumalat Babayevin məlumatları dinlənilmişdir.

Seminarda aşağıdakı əsas məsələlər üzrə fikir mübadiləsi aparılmış və müvafiq suallar cavablandırılmışdır:

-Tikinti resurslarının cari qiymətlərinin  monitorinqinin aparılması;

-Tikintinin dəyərinin təyin edilməsi üçün tətbiq olunan resursların sərfiyyat normaları və digər normativlər;

- İş növləri üzrə texnoloji xəritələrin işlənilməsi;

-Tikinti resurslarının kodlaşdırılması;

-Kompüter proqramlarından istifadə etməklə smeta hesablamalarının avtomatlaşdırılması.

Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Agentliyin informasiya texnologiyaları sahəsində gördüyü işlər (yeni proqram təminatları) ilə tanış edilmiş, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Tikinti, layihə-axtarış işləri üzrə smeta və iqtisadiyyat şöbəsinin əməkdaşları ilə işgüzar görüş keçirilmişdir.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında yeni smeta-normativ və qiymətqoyma sistemi (bazası) üzrə təcrübə mübadiləsinin yekun nəticəsi kimi aşağıdakılar qeyd olunmuşdur:

- Azərbaycan Respublikasının tikinti fəaliyyətində yeni smeta-normativ və qiymətqoyma sisteminin tətbiqi üzrə Agentliyin apardığı işlər Belarus Respublikasının nümayəndə heyətinin üzvləri tərəfindən, xüsusən, Belarus Respublikası Arxitektura və Tikinti Nazirliyinin nəzdindəki Tikintidə qiymətqoyma üzrə Respublika Elmi-texniki Mərkəzinin direktoru, MDB ölkələrinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının tikinti fəaliyyətində qiymətqoyma Komissiyasının sədri Qennadiy Purs tərəfindən  müsbət qiymətləndirilmişdir.

-Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında yeni smeta-normativ və qiymətqoyma sisteminin (bazasının) gələcəkdə daha da təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədəuyğun sayılmışdır.

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il