ENG     20 Avqust 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
11 Avqust 2017-ci il
N 25 (540)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Xidmətə yeni qəbul olunan sürücülər üçün hazırlıq kursu təşkil edilmişdir

FHN Dövlət Yanğından Mühafizə Xidməti xidmətə yeni qəbul olunmuş sürücülərə yanğınsöndürmə avtomobillərinin taktiki-texniki göstəricilərinin və istismar qaydalarının öyrədilməsi üçün 3 günlük hazırlıq kursu təşkil etmişdir.              

Hazırlıq kursuna Bakı şəhərində, həmçinin Balakən, Ağcabədi, Beyləqan, Qəbələ, Zaqatala, Lerik, Yevlax rayonlarında fəaliyyət göstərən yanğından mühafizə qurumlarında yeni işə qəbul olunan sürücülər cəlb olunmuşdur.

Hazırlıq kursunda yanğınsöndürən heyəti, yanğın avadanlıqlarını və ehtiyat odsöndürücü vasitələri yanğın yerinə gətirən yanğın avtomobillərinin düzgün və yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun istismar olunması prioritet məsələ kimi diqqət mərkəzində olmuşdur. Hazırlıq kursunda yanğından mühafizə qurumlarında xidmətin təşkili, peşə hazırlığının artırılmasında, yanğın yerinə təcili çıxış və döyüş açılışlarının yerinə yetirilməsində, yanğının genişlənməsinə imkan vermədən az ziyanla yanğının söndürülməsi, qəza-xilasetmə, təxliyə işlərinin müvəffəqiyyətlə həyata keçirilməsində yanğın avtomobillərinin sürücülərinin mühüm rolu olduğu xüsusi olaraq vurğulanmışdır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun bütün tələbləri və onlara əməl olunması yeni işə qəbul olunmuş sürücülərin diqqətinə çatdırılmışdır.

Dövlət Yanğından Mühafizə Xidmətinin Texnika şöbəsi tərəfindən keçirilən hazırlıq kursunda yanğın avtomobilləri sürücülərinin vəzifə və hüquqları haqqında da ətraflı məlumat verilmiş, yeni işə qəbul olunan sürücülərə "Avtoçən, avtonərdivan və dirsəkli qaldırıcıların istismarı zamanı təhlükəsizlik texnikası qaydaları haqqında tövsiyyələr", "Yanğın depolarında texniki təhlükəsizlik qaydaları", "Texniki qulluq   zamanı  texniki təhlükəsizlik qaydaları", "Yanğın yerində yanğın avtomobilinin istismarı zamanı təhlükəsizlik texnikası qaydaları", "Avtonərdivan və dirsəkli avtoqaldırıcıların istismarı zamanı texniki təhlükəsizlik qaydaları" mövzuları ətrafında nəzəri və praktiki dərslər keçirilmişdir. Yeni işə qübul olunmuş sürücülər Almaniya istehsalı olan "MAN" şassili "ZİEGLER", "MAN" şassili "Empl", "İVECO" şassili "MAGİRUS", Fransa istehsalı olan  "İVECO" şassili "CAMİVA", Rusiya Federasiyası istehsalı olan "KamAZ" şassili yanğın avtomobillərinin texniki göstəriciləri və avtomobillərdə olan avadanlıqlar, həmçinin xilasetmə avadanlıqları haqqında  məlumatlandırılmışdır.

Təlim-toplantıda yanğınsöndürmə avtomobili sürücüsü ixtisasının verilməsi ilə əlaqədar məqbullar qəbul edilmişdir.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il