ENG     23 Mart 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
17 Mart 2017-ci il
N 10 (525)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

Yeni il şənliyi keçirilərkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır

Təqvim ilinin dəyişməsi - Yeni il dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olmuşdur. Hər il dekabr ayının sonu, yanvar ayının əvvəllərində evlərdə, təhsil ocaqlarında, istirahət parklarında və digər obyektlərdə yolkalar qurulur, onlar müxtəlif bəzək əşyaları ilə bəzədilərək işıqlandırılır. İnsanlar, xüsusən uşaqlar yolkanın ətrafında təşkil olunan şənlikdə iştirak edir, əylənirlər.

İnsanların bir yerə toplaşdıqları bu Yeni il şənliklərində onların təhlükəsizliyinin qorunması vacibdir. Xüsusən atəşfəşanlıqla müşayiət edilən belə şənliklərdə yanğın təhlükəsi ehtimalı çox olduğundan yanğın təhlükəsizliyi qaydalarını bilmək və ona əməl etmək olduqca vacibdir. Ona görə də Yeni il şənliyi keçirilən obyektlərin rəhbərləri, şənlik iştirakçıları bilməlidirlər ki, mülkiyyət formasından asılı olmayaraq bütün obyekt və müəssisələrdə (sahibkarlıq subyektlərində və s.) yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik onların rəhbərlərinin üzərinə düşür.  

Obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və onlar baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər!

Ehtiyat çıxış yollarının qarşısı əşyalarla tutulmamalı və sərbəst çıxışa mane olan qurğular quraşdırılmamalıdır. Köçürmə yolları işıqlandırılmalı və birbaşa çıxışa doğru açılması təmin edilməlidir.

Yeni il yolkası binanı tərk etməyə iki sərbəst çıxış yolu olan və ehtiyat çıxış qapılarının üzərində yaşıl rəngli "ÇIXIŞ" sözü (elektriklə işiqlandırılmış) yazılmış göstərici lövhə asılan, eləcə də ikinci mərtəbədən yuxarı olmayan və yanmayan arakəsmələr olan otaqlarda qurulmalıdır!

Yolka ağacı yerə möhkəm bərkidilməli, dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın!

Yeni il şənlikləri zamanı tikintinin imkanlarından (normadan) artıq insanların zala buraxılmasına (toplanmasına) yol verilməməlidir!

Yeni il şənlikləri keçirilən yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir!

Yeni il şənliklərində atəşfəşanlıq məqsədilə pirotexniki vasitələrdən, həmçinin yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi qadağandır!

Yeni il şənlikləri keçirilən obyektlərin pəncərələrində dəmir barmaqlıqlar olmamalıdır!

Yeni il şənliklərində yolkanın şamla işıqlandırılmasının yanğın təhlükəsi yaratdığını nəzərə alaraq buna yol verilməməlidir!

Yolka bəzədilərkən pambıqdan, tənzifdən və s. tezalışan parçalardan istifadə edilməməlidir!

Yeni il şənlikləri keçirilən zaman uşaqların geydiyi şənlik paltarları tezalışan materialdan olmamalıdır!

Tədbir keçirilən obyektlərdə giriş və cıxışlarda insanların toplaşmasına, əşyaların (stol, stul və s.otaqlarından) yığılmasına yol verilməməlidir! 

Otaqlarda işıqlandırma sistemi olmadıqda tədbir yalnız gündüzlər keçirilməlidir!

Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır!

Tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici partlayış təhlükəli işlərin görülməsi qadağandır!

Oturacaqların ara məsafəsinin azaldılması, əlavə stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması yolverilməzdir!

Yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin və digər məsul şəxslərin  olmadığı zaman obyektlərdə tədbir  keçirmək olmaz!                         

Yanğın zamanı nə etməli

Tədbir zamanı yanğın baş verdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə zəng vuraraq məlumat vermək lazımdır!

İşıqlandırıcı vasitələr dərhal şəbəkədən ayrılmaqla söndürülməlidir!

Tədbir iştirakçılarının dərhal təxliyə olunmasına başlanılmalıdır!

Əldə olan vasitələrlə yanğının söndürülməsinə başlamaq lazımdır!

Yeni il şənlikləri zamanı yanğın təhlükəsizliyinə əməl edin!

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin

Yanğına qarşı təbliğat şöbəsi

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il