ENG     29 Iyun 2017 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
24 Iyun 2017-ci il
N 20 (535)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Xəbərlər

Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin kimyəvi maddələr anbarlarında yanğın təhlükəsizliyi tədbirləri

Neft, qaz və neft-kimya sənayesi müəssisələrində  yanğın təhlükəsizliyinin  təmin olunması üçün ərazilər, sex, laboratoriya, emalatxana, anbar,  qurğu s. yerlərdə  zəruri olan yanğın təhlükəsizliyi tələblərinə əməl olunmalıdır.

Hər bir kimyəvi maddələr anbarında kimyəvi maddələr xüsusiyyətlərinə görə (yanğın təhlükəli, zəhərli, kimyəvi aktiv və s.) yerləşdirilməli və yerləşdirilmə planı işlənib hazırlanmalıdır.Təhlükəsizlik baxımından eyni fiziki-kimyəvi xassəli və yanğın təhlükəli kimyəvi maddələr bir yerdə saxlanılmalıdır.

Neft, qaz və neft-kimya sənayesi müəssisələrinin kimyəvi maddələr anbarları bir-birindən yanmayan divarlarla (yanğınaqarşı arakəsmələrlə) ayrılmış otaqlara bölünməlidir. Güclü təsir edici zəhərli maddələrin saxlanılmasına yalnız onlar üçün mövcud olan  xüsusi qaydalara riayət etməklə icazə verilir.

Kimyəvi maddələrlə bağlı işlər ehtiyatla, səliqəli və onların qablaşdırılma taraları zədələnmədən aparılmalıdır. Kimyəvi maddə olan hər bir qabın, tutumun üzərində kimyəvi maddənin adı göstərilən yazısı (birkası) olmalıdır. Kimyəvi maddələr saxlanılan anbarlarda kimyəvi maddələrin saxlanılması ilə əlaqədar olmayan işlərin aparılması qadağandır.

Hava, su, yanar maddələrlə təmasından öz-özünə alışma qabiliyyəti olan və yaxud partlayış təhlükəli qarışıq əmələ gətirən kimyəvi maddələr   yüksək temperaturun təsiri və mexaniki zədələnmə ehtimalı olmayan xüsusi şəraitdə saxlanılmalıdır.

Güclü təsiredici xüsusiyyətləri olan oksidləşdirici maddələr (maqnezium-xlorat, hidrogen peroksid və s.) digər kimyəvi maddələrdən ayrı saxlanılmalıdır.

 Kimyəvi maddələrin çəkilməsi xüsusi otaqlarda  aparılmalıdır. Dağılmış və ətrafa səpələnmiş maddələr təcili olaraq yığışdırılmalı və zərərsizləşdirilməlidir. Qablaşdırma materialları xüsusi otaqda saxlanılmalıdır.

Yanğın zamanı yüksək temperatur təsirindən ərimə xüsusiyyəti olan kimyəvi maddələr saxlanılan otaqlarda əriyən kimyəvi maddələrin sərbəst axmasına qarşı tədbirlər görülməlidir. Belə ki, otaqlarda panduslu kandarlar nəzərdə tutulmalıdır.

 Neft, qaz və neft-kimya sənayesi müəssisələrində kimyəvi maddələr saxlanılan qablar, tutumlar, çəlləklər açıq meydançalarda, qrup halında və hər bir qrupda 100 ədəddən çox olmamaq şərti ilə yerləşdirilməli və qruplar arasındakı məsafə 1 m-dən az olmamalıdır. Hər qrupda eyni növ (eyni xassəli) kimyəvi maddələr saxlanılmalı və qruplar müvafiq yazılarla işarələnməlidir.

Kimyəvi maddələr saxlanılan meydançalar hamarlanmalı və çəpərlənməlidir. Açıq meydançada saxlanılan kimyəvi maddələrlə dolu tutumlar günəş şüalarından qorunmalıdır.

Kimyəvi maddələr anbarlarında azot və sulfat turşuları üzvi mənşəli maddə və materiallarla təmasdan qorunmalıdır.Turşular saxlanılan yerlərdə təsadüfən dağılmış turşunun zərərsizləşdirilməsi (neytrallaşdırılması) üçün əhəng və yaxud soda məhlulu saxlanılmalıdır.

Kimyəvi maddələr anbarlarında yükləmə-boşaltma işləri başa çatdıqdan sonra avtonəqliyyat vasitələrinin kimyəvi materiallar anbarlarının ərazisində saxlanması qadağandır.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin

İctimaiyyətlə əlaqələr və təbliğat sektoru

 

 

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il