Maarifləndirmə tədbirləri davam etdirilir
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Binəqədi rayon 115 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları iştirak etmişdir.
Tədbir zamanı "Fövqəladə halların təsnifatı", "Zəlzələ zamanı davranış qaydaları", "Torpaq sürüşməsi zamanı davranış qaydaları", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Dəm qazı", "Odsöndürən balonlardan istifadə", "112" qaynar xətti" və "Çimərliklərdə təhlükəsizlik qaydaları" mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur.
***
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ağdaş rayon Zeynəddin kənd ümumi orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.
Toplantıda Mərkəz əməkdaşlarının "Fövqəladə hal nədir?", "Zəlzələ zamanı nə etməli?", "Məişətdə yanğın zamanı davranış qaydaları", "Sel və daşqın zamanı nə etməli?", "Dəm qazı təhlükəsi", "112" qaynar xəttinə hansı hallarda müraciət etmək olar?" mövzularında məruzələri dinlənilmiş, videoçarxlar nümayiş olunmuşdur.
Tədbirin sonunda iştirakçılara FHN-in hazırladığı məlumat kitabçaları paylanmış, suallar cavablandırılmışdır.
***
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Şəmkir rayonu Morul tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak etmişdir.
Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.
Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, "112" qaynar telefon xətti", odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunmuşdur.
***
FHN-in Qarabağ Regional Mərkəzi Beyləqan şəhər 4 nömrəli və Bərdə şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəblərində "Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi", "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirlərdə mülki müdafiə işinin təşkili barədə məlumat verilmiş, "Əhalinin fövqəladə hallardan qorunması", "Dəm qazından zəhərlənmənin profilaktikası", "Fövqəladə hallar zamanı əhalinin təxliyə olunması","Odsöndürən balonlardan istifadə qaydaları", "Əyində geyim yanarkən davranış qaydaları", "112" qaynar telefon xəttinə hansı hallarda müraciət etməli?" mövzularında çıxışlar edilmişdir.
***
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə Ağsu rayonu Gəgəli kənd tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə məktəbin kollektivi iştirak etmişdir. Toplantıda dinləyicilərə "Zəlzələ", "Sel və daşqın", "Torpaq sürüşməsi", "Dəm qazı", "Məişətdə yanğın zamanı davranış qaydaları" və "112" qaynar xətti" haqqında geniş məlumatlar verilmişdir. Mərkəz əməkdaşları tərəfindən şagirdlərə "Fövqəladə hallarla bağlı əsas davranış qaydaları" adlı maarifləndirici kitabçalar paylanmışdır.
***
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbində "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları" mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.
Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat verilmişdir.
Toplantıda məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında "112" qaynar xətti"nin roluna dair məruzələr edilmişdir.