ENG     11 Dekabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
8 Dekabr 2018-ci il
N 37 (595)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

XİLASEDİCİNİN QISA TERMİNOLOJİ LÜĞƏTİ

Sel - sürətli palçıq-daş qarışıqlı  axın.

Xilasedici vertolyot  toru - vertolyotun köməyi ilə suya düşmüş zərərçəkənlərin xilas edilməsində istifadə edilən fərdi xilasetmə vasitəsi.

Xəbərdarlıq siqnalı - fövqəladə halın yaranması haqqında xəbər vermə.

Siqnal patronu - pirotexniki siqnal vasitəsi.

Daim hazırlıq qüvvələri  - növbətçilik çəkən və fövqəladə hal zonasında işlərin qısa müddət ərzində görülməsi üçün təyin edilmiş  qüvvələr.

Sirena - güclü səs siqnalların verilməsi üçün təyin edilmiş qurğu.

Suyun qalxma sürəti - daşqın zamanı suyun səviyyəsinin artım həcmi.

Smoq - atmosferin işlənmiş qaz və sənaye tullantıları ilə güclü çirklənməsi.

Xilasedici - qəza-xilasetmə işlərinin aparılması üçün təlim görmüş vətəndaş.

Xilasetmə jileti - iş zamanı və suda olduqda fərdi sığortalama  vasitəsi.

Xilasetmə vasitələri - insanların xilas edilməsində istifadə edilən xüsusi texniki vasitələr.

İnsanların xilas edilməsi - fövqəladə halın yaranması və insanlara təhlükəli və zərərli amillərin təsiri şəraitində onlara yardım edilməsi məqsədilə edilən hərəkətlər.

Speleologiya - mağaraların öyrənilməsi.

Qıjov - çayın iti (gur) axını.

Strop - yüklərin götürülərək (qaldırılaraq)  yerinin dəyişdirilməsi üçün istifadə edilən ip (buraz).

Qıc(çəng) - əzələlərin ağrı ilə müşayiət  edilən kəskin və qeyri-iradi yığılması.

Oynaq - sümüklərin hərəkətli birləşməsi yeri.

Qara yel - yüksək hərarətli quru və isti külək.

Qasırğa - dağıdıcı qüvvəyə malik şiddətli külək.

Takelaj - yüklərin  qaldırılması və yerinin dəyişdirilməsində istifadə olunan qurğular  toplumu.

Tal - yükqaldırıcı mexanizm.

Terrikon - şaxtalardan çıxan boş süxurlardan düzələn konusşəkilli təpə.

Tik  - əzələlərin, başın, çiyinin və s. qeyri-ixtiyari olaraq atması.

Toksikoz - insan  orqanizminin  zəhərlənmə zamanı düşdüyü vəziyyət.

Toksin - zəhərli maddə.

Topoqrafik xəritə - hər hansı bir yerin ətraflı xəritəsi.

Topoqrafiya - Yer kürəsi səthinin ölçülməsi və məkan təsvirinin xəritəyə köçürülməsi.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il