ENG     13 Noyabr 2018 -ci il
 
  Aktual
  Xəbərlər
  Cəmiyyət
  Maarifləndirmə
  Hadisə
  Müxtəlif
  Arxiv
9 Noyabr 2018-ci il
N 34 (592)

Əlaqə
Redaksiyanın ünvanı:
.......................................
Bakı şəhəri, Əliyar Əliyev küçəsi 3
.......................................
Tel.: 566 86 70
Faks: 566 86 71
566 86 74
566 86 79






  Baş səhifə / Maarifləndirmə

FƏLAKƏT SİQNALLARININ VERİLMƏSİ

Fəlakətə uğramışsınızsa, köməyinizə qəza-jest siqnalizasiyası da gələ bilər. Bir çox hallarda ekstremal vəziyyət yarandıqda qəza yerində xüsusi simvolların düzəldilməsinə vaxt qalmır, məsələn, başınızın üzərindən təyyarə və ya vertolyot uçursa. Bu zaman pilota tez və anlaşılan işarələrin verilməsi həddən artıq vacibdir. Bəs bu zaman qəzaya düçar olan insan nə edə bilər?

Əl altında bir əşya olmadıqda, insan bədən üzvlərindən istifadə edərək işarə verə bilər. Bununla belə, yaxşı görunmək üçün gündüz al qumaşdan, gecə vaxtı isə məşəl və ya fənərdən istifadə edilməsi daha məqsədəuyğundur.

Borta götürməyinizi xahiş edirəm. Bunun üçün əllərinizin vertolyot və ya təyyarəyə tərəf qaldırmanız kifayətdir.

Texniki yardım tələb olunur. Bu çox sadə bir jestdir.Ayaqlarınızı birləşdirin, əllərinizi yanlara uzadaraq, sakitcə durun. Fikir verdinizsə, bu pozanız T hərfini xatırladır.

Vımpeli almağa hazıram. Pilotla danışmaq istəyirsinizsə, bortdan sizə  göstərişlər və suallar yazılmış xüsusi obyekt -  vımpel atılacaq. Bunun üçün yarımoturaq vəziyyəti alın və şaquli istiqamətdə əllərinizi yellədin.

Hə. Bu işarəni vermək üçün ayaq üstə durun və əllərinizi yuxarı-aşağı yellədin.

Yox. Həmin poz alaraq, əllərinizi üfüqi vəziyyətdə yelləyin.

Anladım. Yerinə yetirirəm. Bu zaman düz durun, bir əlinizi gövdənizə sıxın, digərini isə kənara çəkin.

Radiostansiyam var. Rabitəyə çıxmaq imkanınız vardırsa, radioxəbər vasitəsilə bu haqda pilotu xəbərdar edin. Bunun üçün əllərinizi başınız üzərində dirsəkdən əyilmiş vəziyyətdə saxlayaraq, barmaqlarınızı dam şəklində birləşdirin.

Zərərçəkən var, tibbi yardım lazımdır. Qrupda xəstə və ya yaralı varsa, işarə vermək uçun yerə uzanıb əllərinizi bədəninizə sıxmaq kifayətdir.

Hər şey qaydasındadır. İrəliləmək və həyat üçün artıq heç bir maneə və təhlükə yoxdur işarəsini vermək üçün əlinizin birini başınız üzərində əyilmiş vəziyyətdə saxlayın.

Burada təhlükəsiz enmək olar. Bu zaman yarımoturmuş vəziyyətdə əllər irəli uzadılır və təyyarənin (vertolyotun) enmə istiqamətinə yönəldilir.

Burada enmək təhlükəlidir. Bu zaman zərərçəkən əllərini yuxarıya doğru qaldıraraq, onları üfüqi istiqamətdə yelləyir.

Siqnallar verildikdə diqqətli olun. Özünüzdən siqnallar icad etməyin, çünki yuxarıda göstərilən siqnallar beynəlxalq işarətlərə aid olduğundan  bütün pilotlar onları yaxşı bilir. Siqnalların necə verilməsini unutmusunuzsa, yerdə qaçaraq qışqırın, əlinizdə parlaq rəngli parça yellədin. Bu zaman sizi görər və xilas edərlər.

 



Qəzetin çap variantı




Qəzet Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi - 1873.
Təsisçi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi.
Bütün hüquqlar qorunur.
© 2009-cu il