25 aprel 2017--ci il, 22:29
Əlaqələr

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti

Bakı şəhəri,
Səbail buxtası-3, AZ1023

tel.: (012) 512-45-02; 512-45-46; 512-45-61;
faks: (012) 447-18-27
e-poçt: xhqx@fhn.gov.az
Xəritədə bax

Sorğu
Kür çayında mövsümi daşqınların qarşısını almaq uçün hansı tədbir daha faydalıdır?
Çayın sahilində bəndlər qurmaqla
Çayın yatağını və deltasını dərinləşdirməklə
Çaya lazımsız tullantıların atılmasının qarşısını almaqla
Süni göllər yaradaraq suyu təsərrüfat sahələrinə yönəltməklə
Ümumi məlumat
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti (XHQX) Fövqəladə Hallar Nazirliyinin tərkibində önəmli yer tutan qurumlardan biridir.Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin sələfi olan “İxtisaslaşdırılmış Hövzə Qəza-xilasetmə Xidməti” 1959-cu ildən 1991- ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin,  1992-2006-cı illərdə  isə Azərbaycan Respublikası Nazirlər kabinetinin tərkibində olmaqla dənizdə  axtarış-xilasetmə, sualtı-texniki, 1980-cı ildən neft dağılmalarının ləğvi, 1983-cü ildən  xilasedici-qoruyucu vasitələrin təmiri,yoxlanılması və sertifikatlaşdırılması işlərini həyata keçirmişdir.Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli  394 nömrəli Fərmanı ilə Xidmət Azərbaycan Respublikasının Fövqəladə Hallar  Nazirliyi strukturunun tərkibinə verilmiş və Fövqəladə Hallar Nazirliyinin 16 may 2008-ci il tarixli 049a nömrəli əmri ilə yenidən təşkil olunaraq, Əsasnaməsi və strukturu təsdiq edilmişdir.

Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda və digər sularda  ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, dəniz-hidroloji və s.) və texnogen (neft-qaz hasilatı və emalı obyektlərində, quruda və sularda magistral boru kəmərlərində, dəniz və digər nəqliyyat növlərində, hidrotexniki qurğularda qəzalar, yanğınlar, partlayışlar və s.) xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində öz səlahiyyətləri daxilində idarəetmə, əlaqələndirmə və nəzarət üzrə dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və həyata keçirən, habelə quruda və sularda qəzaların baş vermə ehtimalı böyük olduqda, yaxud baş verdikdə neft və neft məhsullarının dağılması ilə əlaqədar yaranmış fövqəladə hallara çevik reaksiya verilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə fəaliyyətin təşkilini, sularda baş vermiş qəza və hadisələr zamanı axtarış-xilasetmə işlərinin həyata keçirilməsini təmin edən  bir qurumdur.

  • Ərazisi (sahil yanalma körpüsü daxil olmaqla)  - 1,22 ha
  • İnzibati bina  və istehsalat sahələri - 3060,9 m2
  • Ştat üzrə işçi personal – 296 nəfər

Qulluqçular – 164,

onlardan:

  • rəhbər işçilər 45
  • mütəxəssislər və texniki icraçılar 119 
Fəhlələr:  132


Regional mərkəzlərin saytları
Bakı RM Bakı Sumqayıt RM Sumqayıt Şimal RM Şimal Şimal-Qərb RM Şimal-Qərb Muğan RM Muğan RM Aran RM Aran RM Cənub RM Cənub RM Qarabağ RM Qarabağ RM Gəncə RM Gəncə RM Naxçıvan RM
FHN-in qurumların saytları